...

Xələf Xələfov: Azerbaycan İranın sülh məqsədilə nüvə enerjisindən istifadə etmə hüququnu tanıyır

Siyasət Materials 8 Fevral 2006 21:38 (UTC +04:00)

Dünya ictimaiyyətinin ayrılmaz hissəsi olan Azərbaycan İranın sülh məqsədilə nüvə enerjisindən istifadə etmə hüququnu tanıyır. Bu, bütün müstəqid dövlətlər tərəfindən tanınmış bir aksiomadır.

Trend ANS-ə istinadən bildirir ki, fevralın 8-də AR XİN başçısının müavini Xələf Xələfov bu barədə rəsmi Bakının İranın nüvə proqramını gerçəkləşdirməsi ilə bağlı mövqeyini bildirərkən jurnalistlərə bəyan edib.

"Amma, şübhəsiz ki, əgər İran öz nüvə proqramını reallaşdırırsa, onda bu, beynəlxalq səviyyədə tanınmış formullar əsasında baş verməlidir. Xüsusilə, həmin sahədə MAQATE təşkilatı fəaliyyət göstərir"-deyə X. Xələfov qeyd edib.

Bununla belə XİN başçısının müavini Azərbaycan ərazisindən İrana qarşı hərbi məqsədlərlə istifadə imkanını istisna edib. X. Xələfov xatırladıb ki, vaxtilə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin Tehrana səfəri zamanı iki ölkə münasibətlərinin prinsiplərinə dair saziş imzalanıb. "Sazişə əsasən tərəflər öz ərazilərindən bir-birinə qarşı yönəldilmiş məqsədlərlə istifadə edilməməsi ilə bağlı qarşılıqlı öhdəlik qəbul edib"-deyə X.Xələfov xatırladıb.

Xəbər lenti

Xəbər lenti