...

AR DNF rəhbəri: Bir çox hasilat şirkətləri şəffaflıq üzrə hesabatları fərdi qaydada dərc etməkdən imtina edir

Siyasət Materials 14 Fevral 2006 15:18 (UTC +04:00)
AR DNF rəhbəri: Bir çox hasilat şirkətləri şəffaflıq üzrə hesabatları fərdi qaydada dərc etməkdən imtina edir

Mədən sənayesi hasilatının şəffaflığı Təşəbbüsləri (EITI) Beynəlxalq məsləhətləşmə qrupunun aprelin 5-də Bakıda keçiriləcək növbəti (dördüncü) iclası çərçivəsində şəffaflıq üzrə seminar yaxud konfransın təşkil edilməsi planlaşdırılır. Trend bildirir ki, EITI üzrə dövlət komissiyasının rəhbəri, ARDNF-in icraçı direktoru Samir Şərifov bu barədə bildirib. Onun sözlərinə görə, fevralın sonunadək tədbirlər proqramı müəyyən ediləcək.

Məsləhətləşmə qrupunun üçüncü iclası fevralın 16-da Nigeriyada keçiriləcək və orada Azərbaycandan S.Şərifov iştirak edəcək. Bu görüşdə məsləhətləşmələr aparılacaq, çünki indiyədək mineral ehtiyatlarla zəngin olan ölkələrdən heç biri şəffaflıq üzrə hesabat hazırlamayıb və Azərbaycan EITI təşəbbüsündə pilot ölkə kimi təkdir. Üstəlik Azərbaycan hökumətin hesabatı ilə yanaşı həm də məlumatların yoxlanıldığı auditor hesabatını dərc etdirib. S.Şərifovun sözlərinə görə, artıq 2005-ci ilin ikinci yarımili üzrə dördüncü hesabatın hazırlanması ilə bağlı işlərə başlanılıb və bu, 15 aprelədək dərc etdirilməlidir.

Dövlət komissiyası rəhbərinin də qeyd etdiyi kimi, bu gün dövlət komissiyasının bütün tədbirləri qəbul etməsinə baxmayaraq neft və qaz şirkətlərinin hamısı öz hesabatını ayrıca dərc etdirmir. Baxmayaraq ki, 2004-cü ildə dövlət komissiyası, hasilat şirkətləri və şəffaflıq üzrə QHT Koalisiyası arasında imzalanmış üçtərəfli memorandumda şirkətlərin fərdi qaydada öz məlumatlarını ictimaiyyətə açıqlaya bilməməsi deyilir. Bəzi şirkətlər, xüsusilə BP artıq başlayıb. Digərləri isə bunu kommersiya sirri hesab edir və bunun açıqlanması müqavilə şərtlərini pozur. "Biz hesab etmirik ki, imtina məhz onların Azərbaycandakı fəaliyyəti ilə bağlıdır. Yəqin ki, bu, onların qlobal fəaliyyəti ilə bağlıdır, çünki hesabat açıqlandıqda dünyanın digər ölkələrindəki fəaliyyətə dair məlumatlar açıqlanacaq. Azərbaycan hökuməti maneələr yaratmaq niyyətində deyil, buna görə də şirkətlərə hesabatları dərc etmək təklif olunub, amma onları məcbur etmək niyyətində deyilik" -deyə S.Şərifov qeyd edib.

Xəbər lenti

Xəbər lenti