...

Müsavat Partiyası təkrar seçkilərdə iştirak edəcək namizədlərini fevralın 20-də müəyyənləşdirəcək

Siyasət Materials 18 Fevral 2006 11:47 (UTC +04:00)

Müsavat Partiyasının fevralın 20-də keçiriləcək Divanında təkrar seçkilərdə iştirak edən namizədlər müəyyənləşdiriləcək. Bu barədə Trend ə Müsavt Partiyası sədrinin müavini Arif Hacılı bildirib.

O qeyd edib ki, bəzi seçki dairələrindən partiyadan kimlərin təmsil olunacağı müəyyənləşdirilib. A.Hacılının sözlərinə görə, təkrar seçkilərdə iştirak etməklə bağlı müğənni Flora Kərimova ilə də danışıqlar aparılır: "Flora xanım 42 saylı Sumqayıt ikinci seçki dairəsindən qələbə qazanmışdı. Elə həmin dairədən yenidən namizədliyini verməsi üçün onunla danışıqlar aparırıq. Ancaq deyəsən özü seçkilərdə iştirak etmək istəmir".

Müsavat rəsmisi onu da bildirib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (islahatçılar) Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli Cəlilabad-Masallı seçki dairəsindən namizədliyini verərsə, onda Müsavat bu dairədə namizəd verməyəcək: "Məndə olan məlumata görə o, təkrar seçkilərdə iştirak etmək istəyir".

Özünün isə hazırda Zaqatalada olduğunu deyən A.Hacılı burada gələcək seçiciləri ilə məsləhətləşmələr apardığını deyib: "Çox güman ki, 110 saylı Zaqatala seçki dairəsindən namizədliyimi verəcəm".

Xəbər lenti

Xəbər lenti