...

May ayında Azərbaycan məhkəmələrində vakant hakim yerlərinə işə qəbulla bağlı təkrar sənəd qəbulu planlaşdırılıb

Siyasət Materials 20 Fevral 2006 18:14 (UTC +04:00)

Cari ilin may ayında Azərbaycan məhkəmələrində vakant hakim yerlərinə işə qəbulla bağlı təkrar sənəd qəbulu planlaşdırılıb. Bu barədə Trend ə Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev məlumat verib.

İ.Nağıyevin sözlərinə görə, hazırkı hakim imtahanlarının 3 mərhələsində uğur qazanmış hakimlərin sayı çox aşağıdır. "Nəzərə alsaq ki, regionlarda yeni apellyasiya məhkəmələrinin yaradılması və Bakıda fəaliyyət göstərən məhkəmələrdə yeni hakim ştatlarının açılması zərurəti ortalığa çıxıb, bu baxımdan hazırda 56 namizədin uğur qazanması olduqca aşağı göstəricidir və vakant yerləri tam əhatə edəcəyinə zəmin yaratmır" - deyə İ.Nağıyev söyləyib.

Hazırda növbəti sənəd qəbulu ilə bağlı texniki məsələlərin müzakirəsinə start verilib. İmtahanlar əvvəlki qayda üzrə keçiriləcək. Yəni namizədlər əvvəlcə test, sonra isə digər mərhələlərdə hüquqi savadlarını sınayacaqlar. İmtahanları yerli və beynəlxalq təşkilatların nümaynədələri, o cümlədən kütləvi informasifa vasitələri də izləyə biləcək.

Xəbər lenti

Xəbər lenti