...

Zavər Qafarov: "Azərbaycanın Ədliyyə Nazirliyi Ramil Səfərovla bağlı Macarıstanın Ədliyyə Nazirliyi qarşısında vəsatət qaldıracaq"

Siyasət Materials 23 Fevral 2006 14:58 (UTC +04:00)

Azərbaycanın Ədliyyə Nazirliyi Ramil Səfərovla bağlı Macarıstanın Ədliyyə Nazirliyi qarşısında vəsatət qaldıracaq. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı İdarəsinin rəisi Zavər Qafarov məlumat verib.

İdarə rəisi qeyd edib ki, həm Macarıstan, həm də Azərbaycan Avropa Şurası tərəfindən 1983-cü ildə qəbul edilmiş məhkumun cəza çəkməsi üçün vətəndaşı olduğu ölkəyə verilməsi ilə əlaqədar Konvensiyaya qoşulub. Həmin Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı əgər Macarıstan məhkəməsinin hökmü ilə məhkum olunarsa, Azərbaycanın Ədliyyə Nazirliyi həmin şəxsin Azərbaycanda cəza çəkməsi üçün gətirilməsi ilə əlaqədar Macarıstanın Ədliyyə Nazirliyi qarşısında vəsatət qaldıra bilər. Və Azərbaycan bu hüquqlarından istifadə edəcək. Lakin hələlik məhkəmə başa çatmadığı üçün bu mümkün deyil.

"Macarıstan məhkəməsi öz hökmünü elan etdikdən sonra bu məsələ həllini tapacaq" - deyə Z.Qafarov bildirib.

Xəbər lenti

Xəbər lenti