...

Mirmahmud Mirəlioğlu təkrar seçkidə iştirak üçün imza vərəqələrini götürüb

Siyasət Materials 23 Fevral 2006 16:50 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) "Klassiklər" qanadının sədri Mirmahmud Mirəlioğlu təkrar parlament seçkisində iştirak etmək üçün fevralın 23-də dairə seçki komissiyasından imza vərəqələrini götürüb. Bu barədə Trend ə Mirmahmud Mirəlioğlu məlumat verib.

O, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyini verib. Qeyd edək ki, "Klassiklər" təkrar parlament seçkisində 4 nəfər namizədlə iştirak edir. 31 saylı Suraxanı ikinci seçki dairəsindən partiyanın Ali Məclisinin sədri Zəlimxan Məmmədli, 42 saylı dairədən partiyanın sədri M.Mirəlioğlu, 44 saylı Sumqayıt-Abşeron dairəsindən İdarə Heyətinin üzvü Yusif Sevdimalıyev və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən İdarə Heyətinin üzvü Fikrət Cəfərov namizədliyini irəli sürüb.

M.Mirəlioğlu bildirib ki, partiya digər müxalifətçi qüvvələrin də namizədliyini dəstəkləmək üçün bilərəkdən 10 dairənin hamısından namizəd irəli sürmür. Onun sözlərinə görə, AXCP (klassiklər) qalan 6 dairədə müxalifətin ən şanslı, güclü hesab olunan namizədinə dəstək verəcək, hətta vahid namizədlər müəyyən etmək, bunun üçün qarşılıqlı güzəştlərə gedilməsi də mümkündür.

Xəbər lenti

Xəbər lenti