...

ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə keçirilən seminar başa çatıb

Siyasət Materials 28 Fevral 2006 19:08 (UTC +04:00)

ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə "Siyasi partiyaların maliyyələşməsi" və "Seçki sistemi" mövzuları ilə bağlı keçirilən seminar fevralıın 28-də başa çatıb. Trend xəbər verir ki, seminarda Prezident Aparatının, Milli Məclisin nümayəndələri, iqtidar və müxalifət partiyalarının rəhbərləri iştirak edib.

ATƏT-in Bakı ofisinin rəhbəri Mauriso Pavesi seminarın nəticələri ilə bağlı jurnalistlərə məlumat verib. M.Pavesi bildirib ki, seminarın birinci günü "Seçki sistemi" ilə bağlı müzakirələr aparılıb: "Görüşə qatılanların əksəriyyəti mojaritar seçki sisteminə üstünlük veriblər. Az bir hissə isə proporsional seçki sisteminin tətbiqinə tərəfdar olub. Bu iki sistemdən birini Azərbaycan dövləti seçməlidir".

M.Pavesi onu da qeyd edib ki, ATƏT-in Bakı ofisi hansı seçki sistemini seçməklə bağlı yalnız texniki dialoqa yardımçı olub. Bu məsələnin müzakirəsi ilə bağlı iki italiyalı ekspertin görüşə dəvət edildiyini deyən M.Pavesi ekspertlərin hazırda Avropada tətbiq olunan seçki sistemləri barədə fikir söylədiklərini bildirib. ATƏT rəsmisi onu da söyləyib ki, seçki sistemi hər bir hökumətin məqsədlərinə xitdmət etməlidir: "Görüşdə italiyalı ekspert Mario di Napoli İspaniya və Yunanıstanda olan seçki sisteminin nəzərə alınmasını təklif edib. Çünki bu sistemlər özünü doğruldub".

M.Pavesi seminarın ikinci günündə "Siyasi partiyaların maliyyələşməsi" mövzusunun müzakirə edildiyini bildirib. Vurğulayıb ki, Azərbaycan iqtidarı "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklər edilməsinin və partityaların dövlət tərəfindən maliyyələşdirilməsinin tərəfdarıdır: "Biz yalnız fikir mübadiləsi apardıq".

Qeyd edək ki, adıçəkilən seminar fevralın 27-28-də "Ekselsior" otelində keçirilib.

Xəbər lenti

Xəbər lenti