...

İlham Əliyev: Bizim Azərbaycanda hər hansı bir ölkənin bazasını yaratmaq planlarımız yoxdur

Siyasət Materials 4 Mart 2006 13:28 (UTC +04:00)
İlham Əliyev: Bizim Azərbaycanda  hər hansı bir ölkənin bazasını yaratmaq planlarımız yoxdur

Azərbaycan prezidenti İlham Əliyev respublikada Amerika hərbi bazasının yaradılmasının mümkünlüyü barədə gəzən şaiyələri təkzib edib. "Bu əsassız ehtimaldan başqa bir şey deyil ", - deyə o, martın 7-10-da Yaponiyaya qarşıdakı rəsmi səfəri ərəfəsində bir qrup yapon jurnalistinə verdiyi müsahibəsində bəyan edib.

"Bizim ölkədə hər hansı bir xarici ölkənin bazasını yaratmaq barədə planlarımız yoxdur ", - deyə bu gün Azərbaycan rəhbərliyinin bu sözlərini Kiodo Tsusin agentliyi dərc edib.

İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətə toxunarkən Əliyev onun bu ölkə ilə həmsərhəd ollan Azərbaycanda narahatlıq doğurduğunu bildirib. O, problemin "beyneəlxalq hüquq bazasında danışıqlar yolu" ilə nizama salınmasının vacibliyinin qeyd edib. "İqtisadi sanksiyaların tətbiqi yalnız gərginliyin güclənməsinə gətirib çıxara bilər ", - deyə prezident hesab edir.

Azərbaycan lideri Bakı-Tbilisi-Ceyhan boru kəmərinin hazırda gündə 1 milyon barelə malik daşıma qabiliyyətinin artırılması üçün texniki imkanların mövcudluğundan danışıb. Əliyevin sözlərinə görə, əgər neft hasilatının artması ilə bağlı belə zərurət yaranarsa, onu nisbətən o qədər də böyük olmayan əlavə investisiyalar vasitəsilə 1,8 mln barelə çatdırmaq olar. Bu barədə İTAR-TASS məlumat verib.

Xəbər lenti

Xəbər lenti