...

Qətər əmiri Azərbaycana rəsmi səfərə gələcək

Siyasət Materials 9 Mart 2006 14:21 (UTC +04:00)

Cari ildə Qətərin əmiri Hamad bin Xəlifə əl- Sani Azərbaycana səfər etmək niyyətindədir. Trend in məlumatına görə, bu barədə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən məlumat verilib, əmir Azərbaycanın Qətərdə akkreditə olunmuş səfiri bu ölkədə diplomatik missiyası başa çatan Elman Araslını qəbul edərkən bəyan edib.

Söhbət zamanı əmir Azərbaycan prezidenti İlham Əliyevin 2004-cü ildə Qətərə səfərini iki ölkə arasında əməkdaşlığın gələcək inkişafı üçün əhəmiyyətini qeyd edib və səfərin yekunlarının möhkəmləndirilməsi üçün yeni təşəbbüslərin zəruri olduğunu qeyd edib. Əmir Azərbaycan prezidentinə cari ildə Bakıya səfər etməsi barədə öz planlarını çatdırmağı xahiş edib.

Səfir missiyapsını başa vuran Elman Araslı həmçinin, vəliəhd şahzadə Tamim bin Hamad əl-Sani, xarici işlər üzrə dövlət naziri Əhməd Mahmud və Qətər ordusunun baş qərargahının rəisi Əli Ateylə də görüşüb. Səfirin Qətər rəhbərliyi ilə görüşləri zamanı Azərbaycan-Qətər əməkdaşlığının bir sıra məsələləri, eləcə də Bakıda və Dohada səfirliklərin açılışı ilə bağlı məsələlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti