...

AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnibinin Bakıya səfər proqramı hazırlanır

Siyasət Materials 14 Mart 2006 12:34 (UTC +04:00)

Avropa Birliyinin Cənubi Qafqaz üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi Piter Semnibinin martın 15-17-də Bakıya səfər proqramı hazırlanır. Bu barədə Trend ə Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər zamanı AB-nin xüsusi nümayəndəsi Azərbaycanın müxtəlif nazirlikləri və idarələrində tanışlıq xarakterli görüşlər keçirəcək. Bu görüşlərdə AB-nin Yeni Qonşuluq Siyasəti təşəbüsünün gələcəyi, Azərbaycanın təşkilatla gələcək əməkdaşlıq məsələləri müzakirə olunacaq. P.Semnibi Almaniya səfirliyində səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirməyi planlaşdırır.

Xatırladaq ki, P.Semnibi bu vəzifədə Heyki Talvitiyeni əvəz edəcək.

Xəbər lenti

Xəbər lenti