...

Deniel Frid: Azərbaycanın danışıqlarda dəqiq və güclü mövqeyi konstruktivizmə mane olmur

Siyasət Materials 14 Mart 2006 18:04 (UTC +04:00)
Deniel Frid: Azərbaycanın danışıqlarda dəqiq və güclü mövqeyi konstruktivizmə mane olmur

Cənubi Qafqazda mümkün müharibə bütün region üçün fəlakət ola bilər. Trend in məlumatına görə, bu barədə martın 14-də Bakıda mətbuat konfransında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Deniel Frid bəyan edib.

O qeyd edib ki, rəsmi Vaşinqton azərbaycanlıların tezliklə qədim torpaqlarına qayıtmalarında maraqlıdır. "Bu gün Azərbaycan respublikanın milli maraqlarını əks etdirən çox dəqiq və güclü mövqe nümayiş etdirir. Lakin bu məsələyə bu cür yanaşma konstruktiv danışıqlar prosesinin davam etdirilməsinə mane olmur", - deyə D.Frid bildirib. Onun sözlərinə görə, tərəflərdən heç biri gözlədiklərinə yüz faiz nail ola bilməzlər və münaqişənin həllində daha əlverişli variantı tapmaq lazımdır.

Ötən ilin noyabrında keçirilən parlament seəkilərinə toxunan ABŞ dövlət katibinin müavini bildirib: "Biz keçirilən seçkilərin bizim gözlədiklərimizə heç də tam cavab vermədiyinə təəssüflənirik və Azərbaycan hökumətini pozuntuların baş verdiyi bütün seçki dairələri üzrə təkrar seçkilərin keçirilməsinə çağırırıq. Və bizim müşahidəçilər Milli Məclisə may seçkilərinin monitorinqində iştirak edəcəklər", - deyə o bildirib.

D.Frid güclü dövlətin ayrılmaz atributu güclü mövqe olduğunu bildirib. "Biz Azərbaycanı güclü dövlət görmək istəyirik", - deyə o, sonda qeyd edib.

Xəbər lenti

Xəbər lenti