...

Aprel-may aylarında GUAM ölkələri XİN rəhbərlərinin iclası keçiriləcək

Siyasət Materials 17 Mart 2006 13:46 (UTC +04:00)

2006-cı ilin aprel-may aylarında GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) ölkələri xarici işlər nazirlərinin iclasının keçirilməsi planlaşdırılır. Bu barədə Trend ə diplomatik mənbələrdən məlum olub.

Təşkilata üzv ökələrin xarici işlər nazirləri gələcək əməkdaşlıq məsələlərini müzakirə etməyi, GUAM-ın fəaliyyəti ilə bağlı bir sıra müqavilə-hüquqi sənədləri, xüsusilə təşkilatın beynəlxalq quruma çevrilməsi üzrə nizamnamə sənədlərinin layihəsini nəzərdən keçirməyi planlaşdırır. Sənəd təşkilata üzv ölkələrin ekspertləri tərəfindən hazırlanıb.

Görüşün konkret tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti