...

MDB Parlament Assambleyası müdafiə komissiyasının iclası keçirilib

Siyasət Materials 17 Mart 2006 14:00 (UTC +04:00)

Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleaysının (PA) müdafiə və təhlükəsizlik məsələlər üzrə daimi komissiyasının martın 16-da növbəti iclası keçirilib. Bu barədə Trend ə Azərbaycan Milli Məclisinin MDB PA-dakı nümayəndəsi Aydın Cəfərov bildirib.

Toplantının gündəliyində 17 məsələnin müzakirə edildiyini deyən A.Cəfərov bu sırada terrorizmə qarşı mübarizədə problemlər, Cinayət Prosesual Məcəllə, narkotiklərin qeyri-qanuni dövriyyəsi və digərlərinin adlarını çəkib. A.Cəfərov iclsada Milli Məclis tərəfindən dörd modern qanunla bağlı edilən təkliflərin qəbul olunduğunu da vurğulayıb. İclasda Milli Məclisin üzvü Adil Abışov iştirak edib.

A.Cəfərov onu da bildirib ki, MDB PA-nın müdafiə və təhlükəsizlik məsələlər üzrə daimi komissiyasının növbəti iclası oktyabr-noyabr aylarında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti