...

Yaşar Əliyev: "Bayram mərasimləri zamanı heç bir insident və təxribat qeydə alınmayıb"

Siyasət Materials 22 Mart 2006 13:29 (UTC +04:00)

Martın 20 və 21-də Bakı şəhərinin mərkəzində Novruz bayramı münasibəti ilə təşkilş olunmuş tədbirlərdə ciddi insident qeydə alınmayıb. Bu barədə Trend ə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev məlumat verib.

Rəis müavinin sözlərinə görə, tədbirlər əsasən Bakı şəhərinin Səbayel rayonu ərazisində keçirildiyi üçün Səbayel Rayon Polis İdarəsinin və BŞBPİ-nin çevik polis əməkdaşları ilə yanaşı paytaxtın digər rayon polis şöbələrində çalışan çevik polis dəstələri də də əraziyə cəlb olunub. "Asayiş keşikçiləri tərəfindən hər hansı təxribat və insident müşahidə olunmayıb və xalq tədbiri əsl bayram əhval-ruhiyyəsi ilə başa vurub" - deyə Y.Əliyev söyləyib.

Xəbər lenti

Xəbər lenti