...

Zurab Qumberidze: "Azərbaycan və Gürcüstan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın növbəti iclasına hazırlıq gedir"

Siyasət Materials 22 Mart 2006 13:47 (UTC +04:00)

"Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə hökumətlərarası komissiyanın növbəti iclasına hazırlıq gedir". Bu barədə Trend ə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze məlumat verib.

Onun sözlərinə görə, hazırda texniki işlər aparılır. Ekspertlər dövlət sərhədlərinin parametrlərinin müəyyən edilməsi ilə bağlı müzakirələrin davam etdiriləcəyi danışıqların gündəliyi üzərində işləyir. İclasın Bakıda keçiriləcəyi gözlənilir. Gündəliyə, həmçinin, bəzi mübahisəli sərhəd əraziləri ilə bağlı məsələnin həlli yollarının müəyyən edilməsi, Azərbaycan-Gürcüstan sərhədində yoxlama-buraxılış məntəqələrinin fəaliyyət mexanizmlərinin sadələşdirilməsi məsələləri daxil ediləcək.

İclasın keçirilmə tarixi və yeri diplomatik kanallarla razılaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti