...

Andar Şukputov: "Qazaxıstan dünyanın 50 daha çox rəqabət qabiliyyətli ölkəsi sırasına daxil olmağa hazırlaşır"

Siyasət Materials 23 Mart 2006 15:06 (UTC +04:00)

"Yaxın illərdə Qazaxıstan dünyanın 50 daha çox rəqabət qabiliyyətli ölkəsi sırasına daxil olacaq". Trend in xəbər verdiyi kimi, bu barədə martın 23-də keçirilmiş mətbuat konfransında Qazaxıstanın Azərbaycandakı səfiri Andar Şukputov bəyan edib.

Onun sözlərinə görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayev "Qazaxıstanın dünyanın 50 daha çox rəqabət qabiliyyətli ölkəsi sırasına daxil olması strategiyası"nı müəyyən edib. Bu strategiyada 7 prioritet nəzərdə tutulub: dünya iqtisadiyyatına uğurlu inteqrasiya, gələcəkdə iqtisadiyyatın modernləşdirilməsi və diversifikasiyası, əhalinin az təminatlı təbəqəsini müdafiə edən müasir sosial siyasət, təhsilin inkişafı, gələcəkdə demokratiyanın inkişafı.

Səfir qeyd edib ki, Qazaxıstanın belə dövlətlər sırasına daxil olmasına ölkə iqtisadiyyatının göstəriciləri imkan verir. Belə ki, ötən il ÜDM-nin həcmi $56,5 mlrd, investisiyaların həcmi - $16,7 mlrd, orta əmək haqqı isə- $234 təşkil edib.

Hazırda hökumət qarşısında milli təhlükəsizliyin möhkəmləndirilməsi, vətəndaş cəmiyyətinin demokratikləşməsi, miqyaslı demokratik islahatların davam etdirilməsi və s. kimi bir sıra vəzifələr durur.

Xəbər lenti

Xəbər lenti