...

Türkiyə prezidentinin Azərbaycana səfəri başladı

Siyasət Materials 4 Aprel 2006 13:40 (UTC +04:00)

Türkiyə prezidenti Əhməd Necdət Sezər iki günlük rəsmi səfərlə Bakıya gəlib. Sezəri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında baş nazir Artur Rəsizadə, Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı, səfirliyin hərbi attaşesi Seyhan Ceyhan və digər rəsmi şəxslər qarşılayıb. Trend verdiyi məlumata görə, səfər proqramı Şəhidlər Xiyabanını və Heydər Əliyevin məzarını ziyarət etməklə başlanılacaq.

Türkiyə prezidentinin rəsmi görüş mərasimləri keçiriləcək. Onun Azərbaycan prezidenti ilə təkbətək, eləcə də nümayəndə heyəti ilə birgə geniş tərkibdə görüşü nəzərdə tutulub. Danışıqlar başa çatdıqlan sonra İlham Əliyev və Ə. N. Sezər mətbuat konfransı keçirəcək. Türkiyə prezidentinin Azərbaycan parlamentinə də baş çəkəcəyi, spiker Oqtay Əsədovla görüşü də nəzərdə tutulub.

Axşam Türkiyənin dövlət başçısının şərəfinə təntənəli qəbul olacaq.

Aprelin 5-də Ə.Sezər baş nazir Artur Rasizadə ilə görüşəcək və Heydər Əliyev Fonduna baş çəkəcək.

Xəbər lenti

Xəbər lenti