...

Sərdar Cəlaloğlu: "Azadlıq" blokunda təkrar parlament seçkilərini müşahidə etməyin tərəfdarları var

Siyasət Materials 7 Aprel 2006 14:08 (UTC +04:00)

"Azadlıq" blokunun liderləri arasında təkrar parlament seçkilərində müşahidə aparılmasının tərəfdarı olanlar var. Bu barədə Trend ə blokun həmtəsisçisi Sərdar Cəlaloğlu açıqlama verib.

O bildirib ki, 13 mayda keçiriləcək təkrar parlament seçkilərində "Azadlıq" blokunun müşahidə aparıb-aparmaması məsələsi hələ ki, müzakirə edilir. "Bu məsələ hazırda müzakirə mərhələsindədir. Blokda müşahidə aparılmasının tərəfdarı olanlar da var. Amma biz daha çox Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Anderas Qrossla eyni mövqedəyik. Hesab edirik ki, təkrar seçkiləri müşahidə etməyin heç bir mənası yoxdur. Çünki təkrar seçkinin keçiriləcəyi 10 dairənin 4-də cinayət işi açılıb, istintaq aparılır və hələ ki, prokurorluğun mövqeyi məlum deyil. Biz hesab edirik ki, həmin seçki məntəqələrində təkrar seçkilərin keçirilməsi düzgün deyil. Qalan 6 dairədə isə seçkinin necə keçiriləcəyi ilə indiki tərkibli parlamentə qiymət verilməsi doğru deyil"-deyə S.Cəlaloğlu bildirib.

O, əlavə edib ki, müzakirələr davam etdirildiyindən blokun müşahidə ilə bağlı hələ ki, qəti qərarı yoxdur. "Azadlıq" blokunun özü müşahidə aparmadan təkrar seçkilərin nəticələrinə hansı formada qiymət verəcəyinə gəldikdə, Sərdar Cəlaloğlu deyib ki, bu məsələdə bitərəf müşahidəçilərin, beynəlxalq qurumların mövqeyi əsas götürüləcək: "Seçkidə müşahidə aparan qeyri-hökumət təşkilatlarının, ayrı-ayrı bitərəf şəxslərin, nüfuzlu beynəlxalq qurumların rəylərinə əsaslanaraq ümumi mövqeyimizi bildirəcəyik".

Xəbər lenti

Xəbər lenti