...

Qənirə Paşayeva: AŞPA-da erməni məruzəçinin irəli sürülməsi təşəbbüsünün qarşısı alınıb

Siyasət Materials 12 Aprel 2006 15:23 (UTC +04:00)

AŞPA-da erməni nümayəndə heyətinin rəhbəri Tiqran Torosyanın rusiyalı parlamentari Vera Oskinanın Avropa demokratları qrupundan Boris Çileviçin "Ermənistan, Azərbaycan və Gürcüstandan olan qaçqın və məcburi köçkünlər" məruzəsinin layihəsi üzrə müzakirələrdə çıxış etməsi üçün namizədliyini irəli sürməsi cəhdinin qarşısı alınıb. Bu barədə Strasburqda Trend in müxbiri ilə müsahiəbəsində Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bildirib.

"AŞPA-nın 4 fraksiyası nümayəndələrinin çıxışları çox vacibdir və müzakirələrin yekunlarına bilavasitə təsir edir", -deyə parlamentari bildirib. Onun sözlərinə görə, qrupun üzvlərinin aprelin 12-də Strasburqda qəbul etdikləri qərara görə, bu məsələ üzrə britaniyalı parlamentari Robert Volter çıxış etməlidir.

Q.Paşayeva qeyd edib ki, Azərbaycanın nümayəndələri T.Torosyanın təşəbbüsünə etirazlarını bildiriblər və Avropa demokratları adından "daha neytral dövlətin" nümayəndəsinin çıxış etməsini tələb ediblər.

"Volter Cənubi Qafqaz üzrə öz obyektiv mövqeyi ilə məşhurdur", -deyə azərbaycanlı bildirib.

Qeyd edək ki, B.Çileviçin məruzəsi Strasburqda AŞPA-nın yaz sessiyasının yekun gününün sonuncu bəndinə daxil edilib.

Xəbər lenti

Xəbər lenti