Litva prezidenti Valdas Adamkusun Azərbaycana aprelin 18-19-da nəzərdə tutulan rəsmi səfəri təxirə salınıb. Öu barədə Trend ə Litva prezidentinin mətbuat xidmətinin rəhbərinin müavini Lina Qorbaçevene (Lina Gorbacioviene) məlumat verib.
Onun sözlərinə görə, səfər "Litvanın özündəki siyasi vəziyyətlə bağlı" təxirə salınıb. Səfərin hələlik hansı müddətə təxirə salındığı məlum olmadığını qeyd edən L.Qorbaçevene səfərin yeni tarixi çox güman ki, diplomatik kanallar vasitəsilə razılaşdırılacağını əlavə edib.
Qeyd edək ki, xarici KİV-in verdiyi məlumatlara görə, Litva seyminin parlamentin spikeri Arturas Paulauskasa etimadsızlığını ifadə etdməsindən sonra başlanan siyasi böhranla əlaqədar onun rəhbərlik etdiyi "Novıy Soyuz" Sosial-demokratlar Birliyi iqtidardakı koalisiyanı tərk edib.
V.Adamkus hökuməti öz fəaliyyətini davam etdirməyə, yaranmış vəziyyəti sakit analiz etməyə və gələn həftəyə kimi nazirlərin istefa verməsi üzrə heç bir addım atmamağa çağırıb.