Moskvada keçirilən Ümumdünya Tələbə və Gənclər Təşkilatları Birliyinin forumunda Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təklifi ilə 2007-ci il MDB ölkələlərində gənclər ili elan olunub. Bu barədə Trend ə adıçəkilən forumda iştirak edən "İRƏLİ" Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçisi Fərhad Məmmədov bildirib.
Qeyd edək ki, gənclər forumunun ardınca, MDB Ziyalı nümayəndələrinin I Forumu da öz işinə başlayıb. Birinci tədbirdə Ukrayna, Qazaxıstan, Polşa, Litva, Finlandiya, İtaliya, Almaniya və digər ölətlərin gənclərinin nümayəndələri iştirak edib. Tədbir M.V.Lomonosov adına Moskva Dövlət Uniyevrsitetinin Gənclər Birliyi tərəfindən təşkil olunub. İkinci tədbirdə isə MDB ölkələrinin bir sıra ziyalısı, gənclər təşkilatları və dövlət nümayəndələri dəvət olunub. Tədbir MDB-nin "Təhsil və Gənclik" Palatası tərəfindən təşkil olunub.
F.Məmmədov onu da bildirib ki, o, forumun palatasında "Təhsil və gənclər siyasətinin qurulması" mövzusunda çıxış edib. Tədbirdə Xarici Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov və İqtisad Universitetinin nümayəndələri də iştirak ediblər: "Forumda MDB-də olan mədəni əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə olunub. MDB gənclərinin inteqrasiyası ilə bağlı işin aparılması təklif olunub".
F.Məmmədov onu da bildirib ki, "İRƏLİ" Ümumruespublika Gənclər Hərəkatının rəsmisi onu da bildirib ki, Moskva Dövlət Universitetinin rektoru, Rusiyanın təhsil və elm naziri, Rusiyada fəaliyyət göstərən Azərbaycan gənclər təşkilatlarının rəhbərləri, hakim partiya - "Vahid Rusiya" Gənclər təşkilatının sədri ilə görüşüb və gələcək əməkdaşlıq barədə söhbətlər aparıb.