Azərbaycan mədəni dəyərlərin ermənilər tərəfindən mənimsənilməsi ilə mübarizə strategiyasını müəyyən edir. Trend in məlumatına görə, bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev beynəlxalq kitab və müəllif hüquqları gününə həsr olunmuş "dəyirmi masa"da çıxış edərkən məlumat verib.
Nazir artıq bir neçə ildən bəridir ki, tariximiz, musiqimiz, mətbəximiz və Azərbaycanın tarixi abidələrinin qonşu dövlət tərəfindən təcavüzə məruz qaldığını və bunun dövlətin diqqətindən kənarda qala bilməməsini bildirib. Nazirin sözlərinə görə, Azərbaycan ziyalıları, bütün dünyada məşhur olan mədəniyyət və incəsənət xadimləri, ölkə ziyalılarının nümayəndələri bu məsələdə dövlətə yardım göstərməlidirlər. Müxtəlif ictimai və dövlət strukturları bu istiqamətdə səylə çalışmalı, müxtəlif beynəlxalq strukturlara müraciətlər göndərməli və bu təcavüzə son qoyulmasını tələb etməlidirlər.
Azərbaycanın müəllif hüquqları Agentliyinin sədri Kamran İmanovun sözlərinə görə, Azərbaycanın mədəni dəyərlərinin ermənilər tərəfindən mənimsənilməsi dünya ictimaiyyətinə "Böyük Ermənistan mədəniyyəti" kimi təqdim etmək məqsədi güdür. O bildirib ki, mənimsənilən dəyərlərin siyahısına folklor nümunələri, aşıq musiqisi, muğamlar, milli mətbəx və bir çox digərləri daxildir. Beləliklə, ermənilər öz işğalçı siyasətlərinə dünya ictimaiyyəti qarşısında haqq qazandırmağa çalışırlar.
Agentliyini sədri müəllif hüquqları Agentliyinin bu məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırmaq, onların diqqətini müəllif hüquqlarının bu cür pozulması faktlarına yönəltmək niyyətindədir.