...

Azərbaycanın neft bazarı: həftənin yekunları

Siyasət Materials 24 Aprel 2006 11:33 (UTC +04:00)
Azərbaycanın neft bazarı: həftənin yekunları

Ötən həftə (17-21 aprel) Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin bir bareli $72,01 təşkil edib ki, bu da əvvəlki həftəyə olan orta qiymətdən $3,20 çoxdur.

Trend in xəbər verdiyi kimi, 17-21 apreldə AZERI LT neftinin maksimal qiyməti $73,32, minimal qiyməti - $70,36 təşkil edib.

17-21 apreldə URAL neftinin bir bareli $65,70 təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə $2,25 çoxdur. Ötən həftə (17-21 aprel) URAL neftinin bir barelinin maksimal qiyməti $66,70, minimal qiyməti $64,89 təşkil edib.

Ötən həftə (17-21 aprel) Brent (DTD) etalon növlü neftin orta qiyməti bir barel üçün $72,34 təşkil edib ki, bu da əvvəlki həftəyə olan orta qiymətdən $3,34 çoxdur. Ötən həftə (17-21 aprel) Brent neftinin bir barelinin maksimal qiyməti $74,01, minimal qiyməti $70,48 təşkil edib.

Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, tərkibindəki kükürd - 0,14%, URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə, tərkibindəki kükürd - 1,3%, DTD -nin sıxlığı API üzrə 38,3 dərəcə, tərkibindəki kükürd isə 0,36% təşkil edir.

2006-cı ildə ARDNŞ Novorossiysk limanından 2,011 mln ton Ural nefti yükləyəcək. Bu göstərici 2005-ci ildə 1,631 mln ton təşkil edib. BTC-nin istismara verilməsinədək ARDNŞ Novorossiyskdən ayda 80-85 min ton neft satmaq niyyətindədir. Boru kəmərinin mayın sonu-iyunun əvvəllərində istismara verilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti