Türkiyənin İzmir İqtisad Universitetinin müəllimi Ozan Arslan Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda 13 may 2006-cı ildə keçiriləcək təkrar parlament seçkiləri üzrə 10 nəfər uzunmüddətli müşahidəçisindən biri seçilib.
Bu barədə Trend Türkiyə KİV-nə istinadən məlumat verir.
Universitetin Avropa Birliyi və beynəlxalq əlaqələr kafedrasının müəllimi O.Arslan qeyd edib ki, respublikanın 10 seçki dairəsindən birinə göndəriləcək, o cümlədən Azərbaycan Mərkəzi Seçki Komissiyasının işinin monitorinqində iştirak edəcək.