...

Halim Atəş: 2006-cı ildə Azərcell MM İT sahəsinin inkişafı üçün $95 mln sərmayə qoyacaq

Siyasət Materials 3 May 2006 14:48 (UTC +04:00)
Halim Atəş: 2006-cı ildə Azərcell MM İT sahəsinin inkişafı üçün $95 mln sərmayə qoyacaq

2006-cı ildə Azərcell MM informasiya texnologiyalarının inkişafı üçün $95 mln sərmayə qoymağı planlaşdırır. Trend in xəbər verdiyi kimi, bu barədə mayın 3-də keçirilmiş mətbuat konfransında Azərcellin yeni prezidenti Halim Atəş məlumat verib.

Onun sözlərinə görə, 2006-cı ildə investisiyalar, əsasən yeni texnologiyaların tətbiqinə və abunəçilərin sayının artırılmasına yönəldiləcək. "İlin sonunadək biz abunəçilərin sayını 2,2 mln nəfərədək artırmağı planlaşdırırıq", - deyə o qeyd edib.

"Bundan başqa, 3-cü nəsil rabitə xidmətlərinin tətbiqi də şirkətimizin məqsədidir. Hazırda biz bu cür xidmətlər göstərməyə hazırıq, ancaq hələlik Rabitə Nazirliyinin qəranını gözləyirik", - deyə Halim Atəş bildirib.

Əvvəllər Azərcellin prezidenti olmuş Sərdar Canoğulları Qazaxıstandakı analoji müəssisənin rəhbəri təyin edilib. Azərcell MM təsis olunandan indiyədək Halim Atəş bu müəssisənin sayca 4-cü prezidentidir.

Xəbər lenti

Xəbər lenti