Bakıda mayın 3-də keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin xarici işlər nazirləri Şurasının iclasında 4 xarici işlər nazirinin iştirakı gözlənilir. Bu barədə Trend ə Azərbaycanın XİN-dən məlumat verilib.
Həmin dövlətlərin arasında Azərbaycan, İran, Pakistan və Əfqanıstan var. Digər ölkələr nazir müavinləri səviyyəsində təmsil olunacaqlar. Bu barədə XİN-dən məlumat verilib. İclas "Park Inn" mehmanxanasında və mətbuat üçün bağlı həyata keçiriləcək. Jurnalistlər yalnız 15 dəqiqəliyə buraxılacaqlar. İclasın yekunları üzrə brifnqin keçiriləcəyi gözlənilir.
Təşkilvtın üzvü olan bütün ölkələrin mayın 5-də keçiriləcək sammitdə və XİN Şurasının iclasında iştirak edəcəyi gözlənilir. Hər iki iclasın gündəliyi hazırlanıb və İƏT-nın üzvü olan ölkələr səviyyəsində razılaşdırılıb. Ekspertlər ticari razılaşmanın reallaşması üzrə məruzə, tranzit və nəqliyyat üzrə çərçivə razılaşması hazırlayıblar. Onların arasında həmçinin, sahibkarlar üçün sadələşdirilmiş viza proseduralaranın tətbiqi aspektləri də var. Tərəflər enerji sistemlərinin koordinasiyası məsələlərinə və Ticarət və İnkişaf Bankının fəaliyyətinə baxacaqlar. Ekspertlər İƏT-nın Katibliyinin büdcə layihəsini, 2006-07-ci illər üzrə tədbirlərin qrafikini nəzərdən keçirəcəklər.