...

Seçki Təşəbbüsləri Mərkəzi təkrar parlament seçkilərinin müşahidəsini aparacaq

Siyasət Materials 8 May 2006 12:18 (UTC +04:00)

Seçki Təşəbbüsləri Mərkəzi (STM) mayın 13-də keçiriləcək təkrar parlament seçkilərinin monitorinqini aparacaq. Trend in məlumatına görə, bu barədə mayın 8-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilmiş mətbuat konfransında məlumat verilib. Seçki prosedurlarını müşahidə etmək üçün STM öz könüllü və bitərəf müşahidəçilərini Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçirib. Seçki günü STM müşahidəçiləri seçki məntəqələrində oturaq-stasionar və mobil qruplar vasitəsilə monitorinq həyata keçirəcək. Əldə edilmiş bütün məlumatlar mətbuata, yerli və beynəlxalq təşkilatlara və MSK-ya açıqlanacaq.

STM təkrar parlament seçkilərinin müşahidəsindən sonra seçkilərin nəticələrinə dair mətbuat konfransı keçirəcək, əldə olunmuş sənədləri MSK-ya və beynəlxalq təşkilatlara təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti