...

Pakistan Senatının insan hüquqları daimi komissiyasının sədri Milli Məclisdə görüş keçirib

Siyasət Materials 10 May 2006 16:27 (UTC +04:00)

Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova Pakistan Senatının insan hüquqları daimi komissiyasının sədri Səid Məhəmməd Zəfərlə görüşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

R.Aslanova Pakistanla Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin çoxəsrlik tarixi olduğunu bildirib. Qeyd edib ki, dost ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyan ilk dövlətlərdən olub. Qarşılıqlı əlaqələrimizin möhkəmlənməsində dövlət başçılarımızın rolunu xüsusi vurğulayan komissiya sədri Pakistanın dövlət başıçının Azərbaycana səfərini xatırladıb və bildirib ki, bu səfərlər zamanı imzalanan çoxsaylı sənədlər, əldə olunmuş razılaşmalar münasibətlərimizin inkişafında möhkəm hüquqi baza yaradıb. Sonra komissiya sədri Azərbaycan parlamentinin fəaliyyəti, rəhbərlik etdiyi komissiyanın işi, qanunvericilik bazasının təkmilləşdirilməsi, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verib.

Qonaq Azərbaycanın Cənubi Qafqazda xüsusi yeri olduğunu bildirib. Sonra Səid Məhəmməd Zəfər öz ölkəsində müşahidə olunan iqtisadi dirçəliş, Pakistan parlamentinin fəaliyyəti, insan hüquq və azadlıqlarının vəziyyəti barədə danışıb.

Xəbər lenti

Xəbər lenti