...

Rəfael Hüseynov: "O`Haranın regiona səfərinin proqramından Naxçıvanda "erməni qəbirlərinin dağıdılması" ifadəsi çıxarıldı"

Siyasət Materials 18 May 2006 17:02 (UTC +04:00)
Rəfael Hüseynov: "O`Haranın regiona səfərinin proqramından Naxçıvanda "erməni qəbirlərinin dağıdılması" ifadəsi çıxarıldı"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Böyük Britaniyadan olan deputatı, Cənubi Qafqaz üzrə məruzəçi O`Haranın rəhbərlik etdiyi missiya mayın 28-də regiona səfər edəcək. Bu barədə"Trendə" eksklüziv olaraq Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, professor Rəfael Hüseynov bildirib.

R.Hüseynov bildirib ki, O`Haranın regiona səfərinin məqsədi Ermənistan, Azərbaycan və Gürcüstanda mədəni irslə bağlı tədqiqatlar aparmaqdır.

R.Hüseynov bildirib ki, O`Hara əvvəlcə Azərbaycana gələcək, burada tədqiqat aparacaq, daha sonra Naxçıvana gedəcək, sonra Gürcüstana səfər edəcək: "Burada erməni və Azərbaycan mədəni irsinin nümunələri ilə bağlı tədqiqat aparacaq, daha sonra isə Ermənistana gedəcək. Ermənistanda Azərbaycan mədəni abidələri ilə bağlı tədqiqat aparacaq, sonra isə Dağlıq Qarabağa gedəcək". Mitllət vəkili onu da bildirib ki, O`Haranın səfər proqramında Şuşaya da gedəcəyi nəzərdə tutulub.

Millət vəkili qeyd edib ki, Azərbaycan nümayəndə heyəti O`Haraya Dağlıq Qarabağda, işğal altında olan ərazilərdə, eləcə də Ermənistanda hansı Azərbaycan mədəni irsi nümunələrini tədqiq etməklə bağlı siyahı təqdim etdik. R.Hüseynov onu da vurğulayıb ki, Azərbaycan tərəfi O`Haranın səfər proqramında göstrilən tədqiqatlara düzəlişlər də edib: "Məsələn, Naxçıvanda guya erməni qəbirlərinin dağıdılması göstərilirdi. Biz O`Haraya dedik ki, bu ermənilərin uydurmasıdır. Naxçıvanda alban qəbirləri mövcuddur. Azərbaycanlıların İslama qədər dinləri xristian olub. Odur ki, ermənilər Azərbaycan ərazisində olan bütün xristian abidələrini, o cümlədən qəbirləri özününküləşdirməyə çalışırlar. Bu isə yolverilməzdir və ermənilərin tələbi ilə məsələ yerində aydınlaşdırılmadan orada dağıdılan qəbirlərin guya ermənilərə aid olmasının sənəddə göstərilməsi düz deyil". Millət vəkili qeyd edib ki, onların gətirdiyi arqumentlər əsasında Naxçıvanda guya erməni qəbirlərinin dağıdılması ilə bağlı ifadə sənəddən çıxarılıb. Sadəcə olaraq O`Haranın Naxçıvana səfəri sözləri yazılıb.

Xəbər lenti

Xəbər lenti