...

Mayın 25-26-da İstanbulda Birinci "Beynəlxalq türk Asiya konqresi" keçiriləcək

Siyasət Materials 23 May 2006 18:39 (UTC +04:00)

Mayın 25-26-da İstanbulda Birinci "Beynəlxalq türk Asiya konqresi" keçiriləcək. Konfransda 20 dövlətdən 80 nümayəndələri ilə yanaşı Azərbaycanın da nümayəndə heyəti iştirak edəcək. Bu barədə Trend məlumat yayıb.

TASAM araşdırma mərkəzi tərəfindən təşkil olunmuş tədbir İstanbuldakı "Topkapi Barcelo Eresin" mehmanxanasında keçiriləcək.

TASAM-ın rəhbəri Süleyman Şənsoyun məlumatına görə, konqresin ilk günü Asiya regionundakı müxtəlif dövlətlərdən olan səfirlər və elmi xadimlər, sonuncu gün isə Türkiyənin Yaxın və Uzaq Şərq ölkələri ilə qarşılıqlı münasibətləri müzakirə olunacaq.

Azərbaycanı konqresdə Ankaradakı səfirliyin nümayəndələri, eləcə də, Dövlət İqtisad Universitetinin müəllimləri Məhəmməd Talıblı və Rəşad Muradov təmsil edəcəklər.

Azərbaycanda siyasi və iqtisadi vəziyyətlə bağlı, Bakı ilə Ankara arasında qarşılıqlı münasibətlərin beynəlxalq səviyyədə olması və Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları üzrə məruzələr dinləniləcək.

Xəbər lenti

Xəbər lenti