...

Sabir Rüstəmxanlı: "VHP-nin IV qurultayı bu ilin sentyabrında keçiriləcək"

Siyasət Materials 31 May 2006 17:24 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qurultayı bu ilin payızında keçiriləcək. Bu barədə Trend ə VHP sədri Sabir Rüstəmxanlı məlumat verilib. O, bildirib ki, partiyanın Siyasi Şurası Ali Məclisin iclasını çağıracaq və qurultayın vaxtına dair həmin iclasda qərar qəbul ediləcək.

Qeyd edək ki, VHP-nin qurultayı Nizamnaməyə görə 4 ildən bir keçirilir. Partiyanın 4-cü qurultayı 2005-ci ildə keçirilməli idi, lakin ötən il parlament seçkilərinə təsadüf etdiyindən qurultay 2006-cı ilə keçirildi. VHP-nin IV qurultayının bu ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulub.

Partiyanın Siyasi Şurasının üzvü Samir Əsədli qurultaya hazırlıq işləri ilə bğalı məlumat verib və bildirib ki, artıq bölgə təşkilatları öz konfranslarını keçirir, qurultaya nümayəndələr seçirlər. Onun sözlərinə görə, VHP-nin Bakı şəhərindəki rayon təşkilatlarında konfranslar davam edir, bölgələr üzrə təşkilatlar isə artıq konfranslarını başa çatdırıblar. S.Əsədlinin sözlərinə görə, Ali Məclisin sessiyası yaxın günlərdə keçiriləcək və orada qurultayın gündəliyi müzakirə olunacaq və təsdiqnəcək: "Gündəliyə daxil ediləcək məsələlər artıq məlumdur. Qurultayda partiyanın Nizamnaməsinə bir sıra dəyişiliklər ediləcək. Partiyada katiblik postu müavinlik institutu ilə əvəz olunacaq. Partiyanın baş katibi qurultayda seçilirdi, amma Nizamnaməyə dəyişiklikdən sonra bu səlahiyyət Ali Məclisə veriləcək. Qurultayda Nəzarət Təftiş Komissiyası və partiya sədri hesabat verəcək. Həmçinin Nəzarət Təftiş Komissiyasına və partiya sədrliyinə seçkilər keçiriləcək. 2008-ci ildə ölkədə keçiriləcək prezident seçkiləri müzakirə olunaca
q, partiyanın bu seçkidə öz namizədi ilə iştirakı barədə qərar çıxarılacaq".

Xəbər lenti

Xəbər lenti