Trend agentliyi xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva iyunun 2-də Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina ilə görüşüb.
Qonaq əvvəlcə Heydər Əliyev Fondu ilə tanış olaraq xatirə kitabına ürək sözlərini yazıb.
M.Əliyeva fondun işi haqqında ətraflı məlumiat verib, Azərbaycan xalqının mədəni irsinin qorunması üzrə gerçəkləşdirilən layihələr, milli dəyərlərin təbliği və digər məsələlər haqqında qonağa məlumat verib.
T.Anodina öz növbəsində Heydər Əliyev Fondunun fəaliyyətinə yüksək qiymət verib. Görüş başa çatdıqdan sonra T.Anodinaya hədiyyələr, o cümlədən Qarabağ həqiqətlərini əks etdirən kitab və bukletlər təqdim edilib.