...

İlin sonunadək İraq və Azərbaycan arasında iqtisadi əməkdaşlıq haqqında protokolun imzalanması gözlənilir

Siyasət Materials 6 İyun 2006 18:58 (UTC +04:00)

2006-cı ilin sonunadək İraq və Azərbaycan arasında iqtisadi əməkdaşlıq haqqında protokol imzalanacaq. Trend in xəbər verdiyi kimi, bu barədə İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl məlumat verib.

Diplomatın sözlərinə görə, İraqın Ticarət Nazirliyi bu protokolun təqdir olunması ilə bağlı məsələni dəstəkləyib və hazırda bu məsələ İraq hökumətinin gündəliyinə daxil edilib.

"İraq hökuməti Azərbaycanla iqtisadi əməkdaşlıq haqqında protokolu təsdiqləyib və İraqın Nazirlər Kabinetinin bir üzvü bu sənədi imzalamaq üçün yaxın gələcəkdə Bakıya gələcək", - deyə iraqlı səfir qeyd edib.

"Mən əminəm ki, bu protokol təsdiqlənib. Çünki təsdiqlənmək üçün artıq Nazirlər Kabinetinə təqdim olunub", - deyə Ərşad Ömər İsmayıl bildirib. O əlavə edib ki, məsələnin texniki aspektləri də gerçəkləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti