...

Azərbaycan prezidenti hərbi xidmətə çağırış və ehtiyata buraxılma haqqında fərman imzalayıb

Siyasət Materials 8 İyun 2006 19:31 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, iyunun 8-də Azərbaycan prezidenti İlham Əlyiev vətəndaşların 2006-cı il iyulun 1-dən 20-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb.

Həqiqi hərbi xidmətə çağırış günü 18 yaşı tamam olmuş 1988-cu il təvəllüdlü və 35 yaşadək olan 1971-1987-ci illərdə doğulmuş vətəndaşlar, eləcə də hərbi çağırışdan möhlət hüququ olmayanlar çağırılır.

"Hərbi xidmət haqqında" qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, cavuş və motroslar isə həmin müddətdə ehtiyata buraxılır.

Xəbər lenti

Xəbər lenti