...

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi donorlarla informasiya mərkəzinin yaradılması üzrə danışıqlar aparır

Siyasət Materials 9 İyun 2006 15:26 (UTC +04:00)
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi donorlarla informasiya mərkəzinin yaradılması üzrə danışıqlar aparır

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Agentliyi donor təşkilatlarla Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğun olaraq informasiya mərkəzinin yaradılması üzrə danışıqlar aparır. Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 9-da agentliyin rəhbəri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, mərkəzin yaradılmasına maliyyə yardımının göstərilməsi məsələsi AYİB, Asiya İnkişaf Bankı, JICA, GTZ və digər banklarla müzakirə olunur.

Bu mərkəz Avropa standartlarına uyğun təchiz olunacaq.

"Mərkəz istənilən vətəndaşı standartlar, metrologiya və patent sahəsində lazımi məlumatla təmin edəcək. Əvvəlcə Agentliyin nəzdində fəaliyyət göstərəcək mərkəzin gələcəkdə müstəqil fəaliyyəti planlaşdırılır", - deyə R.Həsənov qeyd edib.

Xəbər lenti

Xəbər lenti