...

Azərbaycan prezidenti Rusiyanın məşhur oftalmoloqlarını qəbul edib

Siyasət Materials 9 İyun 2006 16:31 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, iyunun 9-da Azərbaycan prezidenti İlham Əliyev Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvləri, məşhur oftalmoloqlar Arkadi Nesterov və Alevtina Brovkinanı qəbul edib.

Oftalmoloqlar Azərbaycana Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun yaradılmasının 60 illiyi münasibətilə keçirilən tədbirdə iştirak etmək üçün gəliblər.

Söhbət zamanı rusiyalı həkimlər akademik Z.Əliyeva ilə birgə elmi layihələr, elmi əsərlər üzərində çalışdıqları dövrləri xatırlayıb. A. Nesterov və A.Brovkina oftalmologiya elminin inkişafında Z.Əliyevanın rolunu xüsusi qeyd edib.

İlham Əliyev Azərbaycanda tibb elminin, o cümlədən oftalmologiyanın inkişafına dövlət qayğısından danışıb.

Xəbər lenti

Xəbər lenti