Türkiyə parlamenti Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının lideri, doktor Mahmud Çöhrəqaninin İstanbulda həbsi ilə bağlı məsələyə baxacaq.
Bu barədə Trend Türkiyənin "İhlas" agentliyinə istinadən məlumat verir.
Məsələ "Ana Vətən" müxalifət partiyasının deputatı Süleyman Sarıbaş tərəfindən qaldırılıb. O, parlamentə yazılı sorğu göndərərək ölkənin daxili işlər naziri Əbdülqədir Aksudan rəsmi izahat tələb edib.
Deputat sual verir: "Nə üçün İranda özünün müxalif baxışları ilə tanınan şəxs həbs olunub?", "İran tərəfi həbslə bağlı tələb irəli sürmüşdümü?", "Doğrudurmu ki, Çöhrəqaninin qızı həbs olunub?", "Qardaş Azərbaycan xalqının milli maraqlarını müdafiə edən şəxs Türkiyədən hansı əsaslarla çıxarılıb?", "Bu addım Türkiyə-Azərbaycan əlaqələrinə ziyan vurmayacaqmı?"