...

NATO PA-nın növbəti iclası iyunun 22-24-də Rusiyanın Soçi şəhərində keçiriləcək

Siyasət Materials 16 İyun 2006 15:29 (UTC +04:00)

NATO Parlament Assambleyasının (PA) növbəti - 63-cü "Rouz-Rout" seminarı iyunun 22-24-də Rusiya Federasiyasının Soçi şəhərində keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Zahid Oruc bildirib.

Qeyd edək ki, seminarda "Cənubi Qafqazda Təhlükəsizlik məsələləri", "Cənubi Qafqazda dondurulmuş münaqişələr: - Dağlıq Qarabağ münaqişəsi" və digər mövzularda müzakirələr aparılacaq.

Z.Oruc onu da bildirib ki, NATO PA-nın "Rouz-Rout" seminarında ermənilər iştirakdan imtina ediblər: "Çünki bu seminarlarda müzakirə olunan məsələlər onların maraqlarını ifadə etməyib. Bu dəfə də belə olacaq". Millət vəkili onu da vurğulayıb ki, eyni vaxtda digər tədbiri olduğundan bu seminarda iştirak etməyəcək: "Əvvəlcədən müəyyənləşmişdi ki, mən və Məlahət Həsənova bu seminarda iştirak edək. Məlum səbəblərə görə işitirak edə bilmədiyimdən yerimə kimin göndəriləcəyini deyə bilmərəm".

Z.Oruc onu da bildirib ki, seminarda Azərbaycanın Xarici İşlər Nazirliyinin təmsilçisi, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovun və keçmiş həmsədr Vladimir Kazimirovun da məruzələri gözlənilir.

Xəbər lenti

Xəbər lenti