Gürcüstanın dövlət naziri Kaxa Bendukidze Bakı-Axalkalaki-Qars dəmir yolu tikintisinin maliyyələşdirməsinin məqsədəuyğunsuzluğu haqqında ABŞ konqresi maliyyə komitəsinin qərarını zəif iqtisadi hesablama ilə izah edib.
"Bu, iştirakçılarına ciddi dividendlər gətirə biləcək çox maraqlı və iqtisadi cəhətdən səmərəli layihədir, lakin bugünkü reallığa nisbətən daha uzaq perspektivdir" - deyə K. Bendukidze Trend ə bildirib.
O vurğulayıb ki, texniki-iqtisadi əsaslandırma ilə tanış olmasa da, ehtimal edə bilər ki, layihənin iqtisadi faydası yaxşı izah edilməyib. Eyni zamanda, K.Bendukidze deyib ki, bu ABŞ konqresinin deyil, sadəcə onun vacib bir komitəsinin qərarıdır.
"Bu, maraqlı layihədir, lakin belə təşəbbüsləri təqdim etməyi öyrənmək lazımdır" - deyə nazir əlavə edib.