...

"Elçibəy və bütövlük" mövzusunda dəyirmi masa keçirilib

Siyasət Materials 23 İyun 2006 18:49 (UTC +04:00)

İyunun 23-də Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin anadan olmasının 68-ci ildönümü ilə bağlı "Elçibəy və bütövlük" mövzusunda dəyirmi masa keçirilib. Trend xəbər verir ki, dəyirmi masada müxalifət partiya liderləri iştirak ediblər.

Dəyirmi masanı açan Klasski Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KAXCP) sədri Mirmahmud Mirəlioğlu Əbülfəz Elçibəyin siyasi fəaliyyətindən danışıb. Daha sonra çıxış edənlər Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov, Azərbaycan Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov, Müsavat Partiyası sədrinin müavini Arif Hacılı, Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli, Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov və digər müxalifət partiyalarının nümayəndələri Elçibəyin Milli azadlıq hərəkatındakı rolundan bəhs ediblər.

M.Mirəlioğlu bildirib ki, iyunun 24-də saat 11.00-da M.Əzizbəyov heykəlinin yanından mərhum prezident Əbülfəz Elçibəyin məzarına qədər yürüş keçiriləcək. Saat 15.00-də isə Xətai adinı Mədəniyyət Sarayında bədii kompozisiya təşkil olunacaq: "Bu dəyirmi masada iştirak edən partiyalar sabahkı tədbirlərimizdə bizimlə bir yerdə olacaq".

Onu da bildirək ki, "Elçibəy və bütövlük" mövzusunda keçirilən tədbir Bütöv Azərbaycan Birliyi və KAXCP tərəfindən təşkil olunub.

Xəbər lenti

Xəbər lenti