...

Amerika-Türk Assosiasiyaları Assambleyasının nümayəndə heyəti Bakıda səfərdədir

Siyasət Materials 24 İyun 2006 12:14 (UTC +04:00)

Amerika-Türk Assosiasiyaları Assambleyasının nümayəndə heyəti iyunun 23-də Azərbaycana səfərə gəlib. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Assambleyanın prezidenti Vüral Çingizin rəhbərlik etdiyi nümayəndə heyətinə ABŞ-ın Nyu-York, Kaliforniya, Nyu-Cersi və digər ştatlarında fəaliyyət göstərən türk dərnəklərinin rəhbərləri daxildir.

Səfər Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə baş tutub. Səfər iyunun 28-dək davam edəcək. İyunun 26-dək nümayəndə heyəti qeyri-rəsmi görüşlər keçirəcək, Azərbaycanın tarixi, gəzməli yerləri ilə tanış olacaq. İyunun 24-də qonaqlar Qobustanda olublar.

Nümayəndə heyəti üzvləri iyunun 26-da səhər saatlarında Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabını, türk şəhidləri abidəsini ziyarət edəcəklər. Sonra rəsmi görüşlərə başlanılacaq. Dövlət Komitəsinin sədri Nazim İbrahimovla, mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə, Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı ilə görüşlər keçirəcəklər. İyunun 27-də qonaqlar səfərin yekunlarına dair yerli KİV-lər üçün mətbuat konfransı keçirəcəklər. Nümayəndə heyəti iyunun 28-də Bakıdan gedəcəklər.

Xəbər lenti

Xəbər lenti