Trend agentliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əliyev iyunun 27-də Almaniyanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Detlef Lingemanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Prezident ikitərəfli əlaqələrin uğurlu inkişafını qeyd edərək səfirin bu sahədəki xidmətlərini vurğulayıb.
Diplomat İ.Əliyevin 2004-cü ildə Almaniyaya səfərini xatırlayaraq deyib ki, həmin səfər ikitərəfli əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyıb. D.Lingeman Almaniya hökumətinin İ.Əliyevin yenidən bu ölkəyə səfər etməsini gözlədiyini bildirib.