...

Nuşirəvan Məhərrəmli: "Bütün ölkə ərazisinə yayımlanan telekanallar 30-35 min dollar həcmində lisenziya haqqı ödəməlidir"

Siyasət Materials 3 İyul 2006 13:58 (UTC +04:00)
Nuşirəvan Məhərrəmli: "Bütün ölkə ərazisinə yayımlanan telekanallar 30-35 min dollar həcmində lisenziya haqqı ödəməlidir"

Milli Televiziya və Radio Şurası iyulun ilk ongünlüyündə "Xaçmaz" televiziyası ilə bağlı elan olunan tenderin nəticələri ilə bağlı qərar qəbul edəcək. Bu barədə Trend ə Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

Qeyd edək ki, fəaliyyəti dayandırılan "Xaçmaz" TV-nin yerinə yeni kanalın açılması üçün müsabiqə elan olunmuşdu. N.Məhərrəmli bildirib ki, həmin tenderdə iki müsabiqəçi iştirak edir. N.Məhərrəmlinin sözlərinə görə, bu ayın ilk ongünlüyündə Şuranın iclası keçiriləcək və orada tenderin nəticələri müzakirə olunacaq, həmin tezlikdə yeni kanala lisenziya veriləcək.

Şura sədri qeyd edib ki, növbəti iclaslarda isə qalan televiziyaların lisenziya məsələsinə baxılacaq. Bu sırada ANS, "Lider", "Lənkəran TV", "Aygün TV" telekanalları, "Evropa+" radiostansiyası var. N.Məhərrəmlinin sözlərinə görə, payıza qədər bu kanalların lisenziya məsələsi tam həll ediləcək: "Bu kanaların sənədləri, təsisçiliklə bağlı problemlər var, ona görə də məsələ uzanır. Amma çalışacağıq ki, payıza qədər telekanalların hamısının lisenziya məsələsinə son qoyaq". Problemlər üzündən hansısa kanalın bağlanma ehtimalına gəldikdə, N.Məhərrəmli deyib ki, belə məsələlərlə bağlı Teleradio Şurası kollegial qərar çıxarır.

Şura sədri həmçinin telekanalların lisenziya qiymətinin tənzimlənməsi məsələsinə də toxunub. O, qeyd edib ki, Azərbycanda hələ ki, bu qiymət qaldırılmayıb. Qiymət dəyişikliyi lisenziya müddəti uzadılmayan kanalların məsələsi həll edildikdən sonra gündəmə gətiriləcək: "Çünki telekanalların bir hissəsinə 110 manat, qalanlarına yüksək qiymətlə lisenziya verilməsi ədalətsizlik olardı. Kanalların lisenziyası uzadıldıqdan sonra yeni dəyərlə bağlı məsələyə qayıdacağıq. Biz istəyirik ki, bu məsələ dünya praktikasında olduğu kimi həyata keçirilsin. Məsələn, qonşu Gürcüstanda "Rustavi" kanalı yayımlanmaq üçün 35 min ABŞ dolları ödəyir. Bizdə isə heç bir rüsum yoxdur, yəni, simvolik bir rəqəmdir. Ölkədə vəziyyət də yaxşıdır, dövlətin teleanallara münasibəti də yaxşıdır. Ona görə də biz təklif edirik ki, bütün ölkə ərazisinə yayımlanan telekanallar 30-35 min dollar həcmində lisenziya haqqı ödəsin. Amma bunu hökumət özü müəyyən edəcək, yəni, istəyərsə, qiyməti artıracaq, istəməzsə saxlayacaq. Nazirlər Kabineti təklifimizl
ə razılaşaraq bu məbləğdə, yaxud ondan az ödəniş müəyyənləşdirə bilər".

Xəbər lenti

Xəbər lenti