...

Rusiyanın Axalkalakidəki hərbi bazasından növbəti hərbi texnika eşelonu Gürcüstandan Azərbaycana yola salınıb

Siyasət Materials 11 İyul 2006 15:24 (UTC +04:00)

İyulun 11-də Rusiyanın Axalkalakidəki hərbi bazasından çıxarılan hərbi texnikadan ibarət növbəti eşelon Gürcüstandan Azərbaycana yola salınıb.

Bu barədə Trend ə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Müəyyən olunmuş qrafikə görə, Rusiyanın 62-ci hərbi bazasına məxsus yük Moskva vaxtı ilə saat 09.00-da Tsalka dəmiryol stansiyası ilə yola salınıb. Saat 17.00-da Azərbaycan sərhədini kəsəcək eşelon iyulun 12-də saat 11:00-da Rusiya sərhədinə çatmalıdır.

Eşelon 17 vaqondan ibarətdir. Bunların 15-i (122 millimetrlik) "Akasiya" 2S3M özüyeriyən artilleriya qurğusundan ibarətdir. Bir vaqon bu qurğuların ehtiyat hissələri ilə yüklənib. Daha bir vaqonda isə qarovul (1 zabit və 7 əsgər) yerləşdirilib.

İndiyədək (15, 25, 30 may, 6, 13, 20, 27 iyun və 4 iyul) Azərbaycan ərazisi ilə Rusiyaya 6 partiya silah göndərilib. Növbəti partiya iyulun 18-də göndəriləcək. Bütövlükdə Azərbaycan ərazisi ilə 22 eşelon (400 vaqon) keçməlidir.

Xəbər lenti

Xəbər lenti