...

Azərbaycan prezidenti İstanbulda Türkiyənin baş naziri ilə görüşəcək

Siyasət Materials 12 İyul 2006 10:46 (UTC +04:00)

İyulun 12-də İstanbulda Bakı-Tiflis-Ceyhan neft kəmərinin açılışı münasibətilə təşkil olunacaq qəbul ərəfəsində Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanla görüşəcək. Trend in Türkiyə KİV-nə istinadən xəbər verdiyi kimi, bu görüş günün ikinci yarısında keçiriləcək. Daha sonra R.T.Ərdoğan Gürcüstan prezidenti Mixail Saakaşvili ilə danışıqlar aparacaq.

Qeyd edək ki, BTC neft kəmərinin açılışı münasibətilə "Çıraqan" otelində qəbul Türkiyə prezidenti Əhməd Necdət Sezərin adından təşkil olunacaq.

O da bildirilir ki, mərasimdə Rusiyanı XİN başçısı Sergey Lavrov təmsil edəcək. Bundan başqa onun Qazaxıstanın baş naziri Daniil Axmetovla da görüşü planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti