...

ABŞ Kino Sənəti Akademiyası ilk dəfə Azərbaycanı "Oskar" uğrunda mübarizəyə qoşulmağa dəvət edib

Siyasət Materials 12 İyul 2006 16:19 (UTC +04:00)
ABŞ Kino Sənəti Akademiyası ilk dəfə Azərbaycanı "Oskar" uğrunda mübarizəyə qoşulmağa dəvət edib

Amerikanın Kino Sənəti Akademiyası çərşənbə axşamı 83 ölkəni "Xarici dildə ən yaxşı film" kateqoriyası üzrə "Oskar" uğrunda mübarizəyə qoşulmağa dəvət edib. Trend in verdiyi xəbərə görə, akademiyanın mətbuat üçün açıqlanmış məlumatına əsasən, ilk dəfə olaraq bu cür dəvət bu il Azərbaycan və Qırğızıstana göndərilib.

Müsabiqəyə 1 oktyabr 2005-ci ildən 30 sentyabr 2006-cı ilə qədər çəkilmiş kinofilmlər buraxılır. Daha bir mühüm şərt - nominant filmin ən azı bir həftə kommersiya kinoteatrına kirayəyə verilməsidir.

Akademiya ərizələri bu il oktyabrın 2-dən, filmlərin surətini isə oktyabrın 13-dən gec olmayaraq almalıdır. Hər ölkədən yalnız bir ərizə qəbul olunur.

Kateqoriyanın adından məlumdur ki, filmdəki dialoq yalnız ingilis dilində deyil, digər dillərdə də ola bilər. Bu halda ingilis dilində subtitrlərin olması tələb olunur.

Ötən il Hollivudda ən yaxşı xarici film üzrə "Oskar"ı CAR-ın "Tsosi" kinofilmini yaradanlar alıb. İlk belə mükafata isə 1956-cı ildə Federiko Fellininin "Yol" filmi layiq görülüb. O vaxtdan nüfuzlu mükafat uğrunda mübarizədə 101 ölkə iştirak edib.

Xəbər lenti

Xəbər lenti