...

Azadlıq Hərəkatçılar Birliyi Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 17-ci ildönümü ilə bağlı tədbirlər keçirəcək

Siyasət Materials 15 İyul 2006 11:34 (UTC +04:00)

Azadlıq Hərəkatçılar Birliyi (AHB) Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasının 17-ci ildönümü ilə bağlı tədbirlər keçirəcək. Bu barədə Trend ə AHB-dən bildiribər.

İlk tədbir AXC-nin birinci təsis konfransının keçirildiyi 8-ci mikrorayon, C.Xəndan küçəsi, "Qızılgül" kafesinin həyətində olacaq. İyulun 16-da saat 10.00-da həmin ünvana toplaşan AHB üzvləri saat 11.00-da Fəxri Xiyabana gedərək eks-prezident Əbülfəz Elçibəyin, Yusif Səmədoğlunun, Xəlil Rza Ulutürkün məzarlarını ziyarət edəcəklər.

Həmin gün saat 13.00-da isə Şəhidlər Xiyabanı ziyarət olunacaq. İyulun 17-də isə AXC-nin qurucuları Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, AHB sabiq milli hərəkatçılar tərəfindən yaradılıb.

Xəbər lenti

Xəbər lenti