...

YAP "Gənc liderlər kursu" adlı treninqlər keçirəcək

Siyasət Materials 17 İyul 2006 12:44 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Beynəlxalq Respublikaçılar İnstitutu (BRİ) ilə birgə avqust ayından "Gənc liderlər kursu" adlı treninqlər keçirəcək. Bu barədə Trend ə YAP Gənclər Təşkilatının sədri Ramil Həsənov bildirib.

R.Həsənov qeyd edib ki, layihələr hakim partiyaya məxsusdur. Treninqlər isə BRİ-nin xətti ilə ABŞ-dan dəvət olunacaq: "Treninqləri bu ilin sonuna kimi davam etdirməyi planlaşdırmışıq. Layihəni həyata keçirməkdə məqsədimiz gənclərimizə insan hüquqları, seçki sistemi, demokratiya, gənc liderlərin formalaşması və digər məsələlərlə bağlı təlimlər keçməkdir". YAP rəsmisi onu da əlavə edib ki, treninqlər regionlar üzrə də həyata keçiriləcək.

Treninqlərin paytaxta keçirilməsi üçün isə artıq 20 nəfərlik qrup hazırlanıb.

Xəbər lenti

Xəbər lenti