...

Asim Mollazadə İsrail səfiri Artur Lenklə görüşüb

Siyasət Materials 17 İyul 2006 16:06 (UTC +04:00)
Asim Mollazadə İsrail səfiri Artur Lenklə görüşüb

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə İsrailin Azərbaycandakı səlahiyyətli səfiri Artur Lenklə görüşüb. Bu barədə Trend ə DİP-dən məlumat verilib.

Görüşdə ölkəmizdəki ictimai-siyasi durum, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət, Azərbaycan-İsrail əlaqələri, Azərbaycanın Avroatlantik məkana inteqrasiyası, Bakı-Tiflis-Ceyhan əsas ixrac kəmərinin fəaliyyətə başlaması fonunda regionda enerji təhlükəsizliyinin təminatı məsələləri və Yaxın Şərqdə baş verən son olaylar ətraflı müzakirə olunub. Asim Mollazadə Artur Lenkə partiya quruculuğu barədə məlumat verib. Bundan əlavə partiya sədri Yaxın Şərqdə cərəyan edən hadisələrin danışıqlar yolu və dinc üsullarla həllinə tərəfdar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti