...

"Dalğa" Gənclər Hərəkatının üzvləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında görüş keçiriblər

Siyasət Materials 18 İyul 2006 15:55 (UTC +04:00)

"Dalğa" Gənclər Hərəkatının üzvləri iyulun 18-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının binası qarşısında etiraz aksiyası keçirib. Trend in məlumatına görə, dinc aksiyaya cəhd göstərən gənclər Dövlət Komissiyasında görüş keçiriblər.

Əvvəlcə gənclər əllərində plakatlar Dövlət Komissiyasının binası qarşısına toplaşıblar və bir qədər orada əyləşiblər. Gənclər Təşkilatının nümayəndələri ali məktəblərin bakalavr pilləsini bitirən məzunlara hərbi xidmətə getməzdən əvvəl magistraturaya qəbul olmaq imkanı yaradıdmasını tələb edirlər. Plakatlarda da yazılıb ki, XXI əsr elm əsridir və Azərbaycanda bir ildə 1500 nəfər oğlan məzun magistratura pilləsində təhsil almaq imkanı qazanaraq ölkəyə daha faydalı ola bilər.

Polislər dinc aksiya iştirakçılarına yaxınlaşaraq onları Dövlət Komissiyasına dəvət ediblər, plakatları isə əllərindən alıblar. Aksiya iştirakçıları Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkialt şöbəsinin müdiri ilə görüşüblər. Dövlət Komissiyasının nümayəndəsi bildirib ki, bakalavr məzunlarına hərbi xidmətdən əvvəl magistraturaya imtahan vermək imkanı yaradılması təklifi ilə bu ilin aprel ayında Hərbi Komissarlığa müracət edib. Lakin bu imkan 35 yaşından yuxarılar üçün yaradılıb, qalan hallarda isə təklifə rədd cavabı verilib. Gənclər təşkilatının və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri qarşılıqlı şəkildə təklif və mövqelərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti